Arif Niftullayev Kazanda çempion olub

Xəbərlər
20 İyun 2024 17:54
672
Arif Niftullayev Kazanda çempion olub

Azərbaycan millisi Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında daha bir qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşçimiz Arif Niftullayev (97 kq) bütün rəqiblərinə qalib gəlib.

O, qızıl medal qazanaraq Kazanda himnimizi səsləndirib.

Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı medalların sayı 17-yə yüksəlib. Komandamızın hesabında 4 qızıl, 5 gümüş və 8 bürünc mükafat var.

İdman.biz