Avropa çempionu: “Növbəti hədəf Los-Anceles Olimpiadasıdır”

Xəbərlər
26 May 2024 21:17
1 053
Avropa çempionu: “Növbəti hədəf Los-Anceles Olimpiadasıdır”

“Qələbəni Azərbaycan xalqına həsr edirəm. Arenada çoxlu azarkeş vardı. Əsl izdiham yaşanırdı”.

İdman.biz xəbər verir ki, bunu sərbəst güləşi üzrə Avropa çempionu Cəbrayıl Qadjiyev (74 kq) deyib.

Güləş üzrə U-23 Avropa çempionatının qalibi Los-Anceles-2028 Olimpiadasında çıxış etməyi qarşısına hədəf qoyduğunu bildirib: “Qızıl medal onların haqqı idi. Növbəti hədəf Los Anceles Olimpiadasıdır. Hər bir idmançının arzusu bu oyunlarda iştirak etməkdir. Düzdür, milli komandada gərgin rəqabət var. Bu da yaxşı haldır. Qoy ən güclü olan 1-ci nömrə olsun. Ölkə xaricində biz hamımız azarkeş olaraq bir-birimizi dəstəkləyirik. Kollektiv daxilində rəqibik. Sağlam rəqabət var. Son qərarı məşqçilər heyəti verəcək”.

Qeyd edək ki, Cəbrayıl finalda Kamil Abdulvahabova (AİN) 6:5 hesabı ilə qalib gəlib.

İdman.biz