Avropada ilk dəfə 3-cü yer

Xəbərlər
24 May 2024 21:36
1 367
Avropada ilk dəfə 3-cü yer

Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

İdman.biz xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.

Yığmamız çempionatı 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medalla başa vurub. 76 xal toplayan Azərbaycan ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında 3-cü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, güləş yığmamızın heyətində Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.

İdman.biz