Ruslan Nurullayev: "Tələskənlik finala çıxmağıma mane oldu"

Xəbərlər
22 May 2024 20:04
127
Ruslan Nurullayev: "Tələskənlik finala çıxmağıma mane oldu"

“Əslində gözlədiyimdən aşağı nəticə oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Ruslan Nurullayev deyib.

Yarışı bürünc medalla başa vuran Nurullayevin sözlərinə görə, yarışa 99 faiz yaxşı şəkildə hazırlaşıb: “Hazırlığın pik vəziyyətində idim. Sadəcə biraz təcrübəsizlik və tələskənlik mənim finala çıxmağıma mane oldu. Güclü rəqiblər var idi. İnanıram ki, bu səhvlər gələn yarışda olmayacaq və bürüncü qızılla əvəz edə biləcəm”.

Qeyd edək ki, bundan öncə U-23 Avropa çempionatında Nihad Quluzadə (60 kq) qızıl medal əldə edib.

Banuçiçək Hüseynli
İdman.biz