Rəşad Məmmədov: “Məqsədim çempion olmaq idi”

Müsahibə
21 May 2024 18:29
113
Rəşad Məmmədov: “Məqsədim çempion olmaq idi”

“Bakıda iştirak etdiyim ilk beynəlxalq turnir idi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov (55 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatındakı çıxışını dəyərləndirib. Yarışı bürünc medalla bitirən Məmmədov bildirib ki, doğma Vətəndə mükafatsız qalmadığı üçün çox sevinir: “Məqsədim çempion olmaq idi. Hakimlərin bəzi səhv qərarları finala çıxmağıma mane oldu. Amma şükürlər olsun ki, medalsız qalmadım. Daha da gözəl nəticə əldə etmək üçün çox çalışacam. Növbəti hədəfim U-23 dünya çempionatında qızıl medal qazanmaqdır”.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz