Avropa çempionatında tarix yazan güləşçilərimiz Vətənə qayıdıb - FOTO - VİDEO

Xəbərlər
18 May 2024 08:29
637
Avropa çempionatında tarix yazan güləşçilərimiz Vətənə qayıdıb - FOTO - VİDEO

Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında tarix yazan sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıblar.

Güləşçilərimiz çempionatda 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz