Avropa çempionatının biletləri satışda

Xəbərlər
15 May 2024 18:26
193
Avropa çempionatının biletləri satışda

Mayın 20-26-da Bakı İdman Sarayında keçiriləcək güləş üzrə U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, “İticket” vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 2 AZN-dir.

İlk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Qeyd edək ki, biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.

İdman.biz