Murad Məmmədov: “Olimpiadada hədəfim qızıl olacaq”

Xəbərlər
9 May 2024 20:12
106
Murad Məmmədov: “Olimpiadada hədəfim qızıl olacaq”

“Yarışa çox yaxşı hazırlaşmışdım. Məqsədim Olimpiadaya vəsiqə qazanmaq idi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verən yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) deyib.

İstanbulda keçiriən Dünya Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan güləşçimız yarımfinalda hesabda geri düşsə də, yekunda 8:2 hesabı ilə qalib gəlib: “Qələbəmə inanırdım. Hesabda geri düşməyimə baxmayaraq, özümə əmin idim. Hesabı bərabərləşdirdim, sonra isə önə keçdim. Əvvəl gənc idim, bəzən tələskənliyə yol verirdim. Artıq müəyyən təcrübəyə malikəm. Olimpadada hədəfim qızıl medal olacaq”.

Qeyd edək ki, Murad yunan-Roma yığmamızın Paris-2024-ə lisenziya əldə edən 3-cü güləşçisi olub.

İdman.biz