Güləşçilərimiz lisenziya turnirinə son hazırlığı keçir - FOTO - VİDEO

Xəbərlər
6 May 2024 14:22
Güləşçilərimiz lisenziya turnirinə son hazırlığı keçir - FOTO - VİDEO

Güləş üzrə Azərbaycan milli komandaları Dünya Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirir.

İdman.biz xəbər verir ki, yunan-Roma və qadın güləşçilərimiz son çalışmalarını Güləş Federasiyasının təlim-məşq bazasında edirlər.

Komandalar müvafiq olaraq, mayın 7-də və 8-də toplanışı başa vuracaqlar.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turniri mayın 9-12-də İstanbulda keçiriləcək. Yığmamız yarışa 4 yunan-Roma, 5 qadın güləşçi ilə qatılacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: