Avropa çempionumuz: “İstəyimə nail oldum”

Müsahibə
18 May 2024 09:11
696
Avropa çempionumuz: “İstəyimə nail oldum”

“Avropa çempionu olduğum üçün sevincliyəm”.

Bunu İdman.bizə Azərbaycanın sərbəst güləşçisi (U-15) İbrahim Həsənov (41 kq) deyib.

O, Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağın təəssüratlarını bölüşüb. Qızıl medalın sahibi bildirib ki, güclü rəqiblərə qarşı mübarizə aparıb: “Çox güclü yarış idi. Bütün ölkələrdən olan ən yaxşılar bu yarışa qatılmışdılar. Amma hər şeyə rəğmən əlimdən gələni edərək, istəyimə nail oldum. Finalda rusiyalı idmançıya qarşı qalib gəldim”.

O, əsas məqsədinin dünya və Olimpiya çempionu olmaq istədiyini deyib: “Bunun üçün hər şey edəcəm”.

Qeyd edək ki, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz