Namiq Quliyev: “Bunlar gələcəyin Olimpiya və dünya mükafatçıları olacaqlar”

Müsahibə
18 May 2024 09:01
312
Namiq Quliyev: “Bunlar gələcəyin Olimpiya və dünya mükafatçıları olacaqlar”

“Əldə olunan nəticə fəxredicidir”.

Bunu İdman.bizə sərbəst güləş üzrə Azərbaycanın U-15 millisinin böyük məşqçisi Namiq Quliyev deyib.

O, Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanmada komandasının Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirib. Mütəxəssisin sözlərinə görə, bu cür nəticə hər məşqçiyə qismət olmur: “Bu durumdan çox şadıq. Bu komanda fundamentdir. U-15 elə yaş qrupudur ki, bunlar gələcəyin Olimpiya və dünya mükafatçıları olacaqlar. Bu yolda onlara uğurlar arzulayırıq”.

Bu yarış üçün yüksək səviyyədə hazırlıq keçdiklərini söyləyən Quliyev bildirib ki, Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını yüksək qiymətləndirib: “Bu məşqlər də öz nəticəsini verdi və Vətənə istədiyimiz naliyyətlə qayıtdıq. Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı da (75 kq) finalda son anda görüşü əldən verdi. Ona görə də qızıl medalları itirdik”.

Qeyd edək ki, ümumilikdə 1 qızıl, 3 gümüş, 4 bürünc medal qazanan U-15 komandamız Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə komanda hesabında 1-ci yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: