Güləşçilərimizin təlim-məşq toplanışı başlayır

Xəbərlər
10 Aprel 2024 22:07
215
Güləşçilərimizin təlim-məşq toplanışı başlayır

Sabah güləş üzrə milli komandalarımızın növbəti təlim-məşq toplanışı start götürəcək.

İdman.biz xəbər verir ki, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində hazırlıq keçəcək.

Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər nəzərdə tutulub. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlərə da yer ayrılacaq.

Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçəcək.

İdman.biz