Turan Bayramov: “Cəbrayıl Həsənovdan sonra bu çəkidə nəticələr dayanmışdı” - VİDEO

Müsahibə
8 Aprel 2024 18:18
1 006
Turan Bayramov: “Cəbrayıl Həsənovdan sonra bu çəkidə nəticələr dayanmışdı” - VİDEO

“Dünən dünya çempionatında uduzmağıma sevindim”.

Bunu “İdman Bizdə”nin Azərbaycan millisinin qonağı olan sərbəst güləşçi Turan Bayramov (74 kq) deyib.

O, Bakıda Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024-ə lisenziya qazanmasında doğma arenanın üstünlüyünü önə çəkib: “Dünya çempionatında vəsiqə ala bilmədiyim üçün məyus olmuşdum. Amma doğma azarkeşlər önündə güləşmək və qələbə qazanmaq nələrə desəz, dəyər. Çox mötəbər yarışlarda iştirak etmişəm, amma burdakı dəstək, atmosfer heç bir yerdə yoxdur. Bakıda güləşsevərlərin qarşısında əfsanəyə qalib gəlməyi milyonlara dəyişmərəm”.

O bildirib ki, yarımfinalda məğlub etdiyi italiyalı Frank Çamizonun Paris-2024-də iştirakı onun üçün əlavə motivasiya olacaq: “Çamizonun Oyunlarına lisenziya qazanmasını istəyirəm. Güclü sərkərdələrin dediyi kimi, döyüş nə qədər ağır olsa, qələbələrimiz bir o qədər şanlı olar. 74 kq-da son vaxtlar canımı qoydum. Cəbrail Həsənovdan sonra bu çəkidə nəticələr dayanmışdı. Murad Süleymanov 2017-ci ildə Avropa ikincisi oldu. Ondan 4 il sonra nəticə qazandım. Olimpiya Oyunlarına 4 ay qalıb. Düzdür, bu çox deyil. Amma Olimpiya çempionu olmağa vaxt var. İnanıram ki, bunu bacara bilərəm. Bütün komanda yoldaşlarım da eyni arzudadır. İstəyirəm ki, Riodakı nəticələrimizi yeniləyək. Amma bu dəfə qızılla. Çox sevinirəm ki, 6 lisenziyanın hər birini qazandıq”.

Qeyd edək ki, Bayramov Tokio-2020-də də güləşib.

Emin Ağa
İdman.biz