Turan Bayramov: “Çamizoya ancaq gəncəlilər qalib gələ bilərdi, mən də bunu bacardım”

Müsahibə
7 Aprel 2024 19:19
233
Turan Bayramov: “Çamizoya ancaq gəncəlilər qalib gələ bilərdi, mən də bunu bacardım”

"Bu yarışa güclü şəkildə hazırlaşmışdım".

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin sərbəst güləşçisi Turan Bayramov (74 kq) deyib.

O, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı fikirlərini açıqlayıb: "Azərbaycanda olduğu üçün ikiqat motivasiya və var gücümlə bu yarışa hazır idim. Dünya çempionatında 3 saniyə qalmış lisenziyanı əldən versəm də, Bakıda son 3 saniyədə qələbə qazandım. Sevinirəm ki, buna nail oldum. Finaldakı rəqibim Frank Çamizo Markezi yığmamızda yalnız Toğrul Əsgərov məğlub etmişdi. Bu rəqibə ancaq gəncəlilər qalib gələ bilərdi. Buna görə mən də bunu bacardım".

Banuçiçək Hüseynli
İdman.biz