Üç güləşçimiz Parisin iki addımlığında - VİDEO

Xəbərlər
5 Aprel 2024 14:24
177
Üç güləşçimiz Parisin iki addımlığında - VİDEO

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürüb.

İdman.biz xəbər verir ki, paytaxtda böyük marağa səbəb olan yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

Azərbaycan yığmasının 4 üzvü 1/8 final görüşünə çıxıb. Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) bu səddi adlayaraq 1/4 finala yüksəlib. Onları olimpiya lisenziyasından iki qələbə ayırır. İslam Abbasov (87 kq) isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, finalçıları Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirə aprelin 7-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: