Avropa Olimpiya Təsnifat Turniri: Kandelaki yarımfinalda - YENİLƏNİB - FOTO

Xəbərlər
5 Aprel 2024 15:04
696
Avropa Olimpiya Təsnifat Turniri: Kandelaki yarımfinalda - YENİLƏNİB - FOTO

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

Azərbaycan millisinin 4 “klassik”i xalça üzərinə çıxıb. Onlardan yalnız biri - Beka Kandelaki (130 kq) iki qələbə ilə yarımfinala yüksəlib. O, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə verən finala yüksəlmək üçün həlledici qarşılaşmaya çıxacaq. Digər güləşçilərimizdən İslam Abbasov (87 kq) 1/8, Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) 1/4 finalda mübarizəni dayandırıb.

Yunan-Roma güləşi
60 kq

Nihat Məmmədli ilk mərhələdə Oleksey Maşukla (Ukrayna) qarşılaşıb. İdmançımız 5:2 hesablı qələbə ilə 1/4 finala adlayıb. Onun rəqibi Enes Başar (Türkiyə) olacaq. 1:3 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb.

87 kq
İslam Abbasovun ilk rəqibi Turpal Bisultanov (Danimarka) olub. O, 3:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

97 kq
Murad Əhmədiyev Aleksandar Stepanetiçi (İsveç) sınağa çəkib. Güləşçimiz 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. O, almaniyalı Lukas Aleksandros Lazoqianislə qarşılaşacaq. 5:7 hesabı ilə məğlub olan güləşçimiz Paris-2024-ə vəsiqəni Bakıda qazanmaq şansını itirib.

130 kq
Beka Kandelaki birinci mərhələdə Oskar Marvik (Norveç) ilə üz-üzə gəlib. Güləşçimiz 9:1 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgi Lyubomirov İvanovla (Bolqarıstan) qarşılaşacaq. Beka rəqibini 9:0 hesabı ilə məğlub edib. Yarımfinala yüksələn güləşçimiz Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.

Qeyd edək ki, yunan-Roma güləşi yığmamız digər iki çəkidə lisenziyanı öncədən qazanıb. Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) Paris-2024-də iştirak hüququ əldə edib.

İdman.biz

Məqalədə: