Bakıdakı lisenziya turnirində "Talant şou"

Xəbərlər
4 Aprel 2024 16:38
112
Bakıdakı lisenziya turnirində "Talant şou"

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

İdman.biz xəbər verir ki, tədbir sabah saat 17:30-da başlayacaq.

Mərasimin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcək.

Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.

Qeyd edək ki, bu yarışda hər çəkidə 2 güləşçi Olimpiadaya vəsiqə qazanacaq.

İdman.biz

Məqalədə: