Antalyada sərbəst güləşçimizdən gümüş medal

Xəbərlər
10 Mart 2024 09:09
262
Antalyada sərbəst güləşçimizdən gümüş medal

Türkiyənin Antalya şəhərində Yaşar Doğu & Vehbi Əmrə turnirinin 3-cü günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

İdman.biz xəbər verir ki, Musa Ağayev, Zirəddin Bayramov, Murad Haqverdiyev (hamısı 65 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) yarışda iştirak edib.

Ağayev turniri gümüş medalla başa vurub.

Yarışın son günündə Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça üzərinə çıxacaq.

İdman.biz