Ziya Babaşov: “Hakimlər mənə cərimə xalı verdi və ...”

Xəbərlər
8 Mart 2024 16:54
311
Ziya Babaşov: “Hakimlər mənə cərimə xalı verdi və ...”

"Yarış yaxşı səviyyədə keçdi. Rəqiblərim dünya səviyyəli idmançılar idi".

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) deyib.

Türkiyənin Antalya şəhərində "Yaşar Doğu & Vehbi Əmrə" turnirində gümüş medal qazanan pəhləvan çıxışını dəyərləndirib. Finalda rusiyalı Jambolat Lokyayevə uduzan Babaşov "qızıl" yolunda nəyin çatmadığını açıqlayıb: "Həlledici görüşdə rəqibi yaxşı analiz etmişdim. Amma xırda səhv etdim və hakimlər mənə cərimə xalı verdilər. Hesab 3:3 olduğundan rusiyalı idmançıya məğlub oldum. Bu mənim böyüklər arasında ilk beynəlxalq turnirim idi. Buna görə də həyəcan var idi. Amma bu həyəcan məğlubiyyətimdə rol oynamadı".

O bildirib ki, qarşıda bunu Avropa çempionatında konpensasiya edəcək: "Yarış ölkəmizdə keçiriləcək U-23 Avropa çempionatına yaxşı hazırlıq oldu. Əsas hədəfim Bakıda uğurla iştirak edib, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir".

Qeyd edək ki, yarışın ilk günündə Tural Mehtiyev (55 kq) də bürünc medal qazanıb.

Emin Ağa
İdman.biz

Məqalədə: