Güləş üzrə Dünya Çempionatında 90 Olimpiya lisenziyası oynanılacaq

Xəbərlər
6 Sentyabr 2023 13:24
108
Güləş üzrə Dünya Çempionatında 90 Olimpiya lisenziyası oynanılacaq

Sentyabrın 16-24-də Belqradda keçiriləcək güləş üzrə dünya çempionatında 2024-cü ildə Parisdə keçiriləcək Yay Oyunlarına ümumilikdə 90 lisenziya oynanılacaq.

İdman.biz xəbər verir ki, olimpiya kateqoriyalarının hər birində iştirakçılar beş kvota uğrunda mübarizə aparacaqlar. Dörd medalçı öz ölkələri üzrə vakansiya qazanacaq. Bürünc medallar uğrunda görüşlərində məğlub olan güləşçilərin dueli də var. Bu görüşlərin qalibləri həm də boş yerlər qazanacaqlar.

Dünya Kubokunda Azərbaycan komandası 26 idmançı ilə təmsil olunacaq.

Yunan-Roma güləşi yığmasının heyəti: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq).

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq).

Qadınların heyəti:Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalya Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq).

Nicat Zəkiyev

İdman.biz