Sərbəst güləşçilərimiz Qubada - Qazaxıstan, Rusiya və Belçika ilə birgə

Xəbərlər
26 Fevral 2024 16:28
168
Sərbəst güləşçilərimiz Qubada - Qazaxıstan, Rusiya və Belçika ilə birgə

Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, komanda geniş tərkibdə Qubaya yollanıb.

Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək. Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmamızın üzvləri də yer alıb.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dan dəvət edilmiş fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.

Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər (sparrinq) də yer alıb.

Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara - Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.

İdman.biz

Məqalədə: