Yunan-Roma güləşçiləri Vladiqafqaza yollanıb

Xəbərlər
23 Fevral 2024 19:54
Yunan-Roma güləşçiləri Vladiqafqaza yollanıb

Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına başlayıb.

İdman.biz xəbər verir ki, bu gün yığmanın Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesinə start verib.

Martın 6-dək davam edəcək toplanışa komandanın heyətində 11 güləşçi yer alıb. Hazırlıqlara baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyev rəhbərlik edəcək.

Yığmanın heyətində Vladiqafqaza Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (82 kq), Murad Əhmədiyev, Murat Lokyayev, Arif Niftullayev (hər üçü 97 kq), Beka Kandelaki, Sabah Şəriəti (hər ikisi 130 kq) yollanıb.

Qeyd edək ki, zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçilər Kamran Məmmədov və Elvin Mürsəliyevin nəzarəti altında Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.

İdman.biz

Məqalədə: