Güləşçilərimiz Xaçmazda hazırlığa başlayıb

21 Fevral 2024 17:06
423
Güləşçilərimiz Xaçmazda hazırlığa başlayıb

Sərbəst güləş üzrə U-17 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.

İdman.biz xəbər verir ki, bu gün Xaçmaz Olimpiya İdman Kompleksində startı verilən hazırlıq prosesi martın 9-dək davam edəcək.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında 28 güləşçi iştirak edir.

Toplanış 12-14 martda Türkiyədə keçiriləcək Zəfər kubokuna və 10-16 iyunda Finlandiyada təşkil ediləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

İdman.biz

Məqalədə: