Murad Məmmədov: “Bizim üçün sağlamlıqdan öncə idman gəlir” - VİDEO

Xəbərlər
20 Fevral 2024 10:14
547
Murad Məmmədov: “Bizim üçün sağlamlıqdan öncə idman gəlir” - VİDEO

“Sağlamlığıma diqqət yetirsəm, bu zədə ilə davam etmək olmaz”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

Rumıniyanın paytaxtı Buxarestdə 63 kq-da Avropa çempionu tituluna yiyələnən 28 yaşlı pəhləvan bu uğura zədəli ola-ola imza atıb. Məmmədov bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak şansını əldən verməmək üçün əməliyyat olunmaq istəməyib: “Tokio-2020-də lisenziyanı sona 13 saniyə qalmış itirdim. Alman güləşçisinə uduzdum. Əgər əməliyyat olunsam, bir müddət yarışlardan kənar qalacam. Bunu da istəmirəm. Həkimlərlə yenidən danışacağıq. Təbii ki, bu zədə sağlamlığım üçün təhlükəlidir. Amma düşünürəm ki, bizim üçün sağlamlıqdan öncə idman gəlir”.

Qeyd edək ki, Məmmədov ilin ilk yarışı olan “Zaqreb Open”də zədələnib.

Emin Ağa
İdman.biz