Sərbəst güləşçilərimiz Avropa üçüncüsü olublar

Xəbərlər
19 Fevral 2024 00:01
Sərbəst güləşçilərimiz Avropa üçüncüsü olublar

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.

1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

Qeyd edək ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

İdman.biz