Avropa çempionatı: Fərhad Süleymanlı bürünc medal qazandı - YENİLƏNİB + FOTO

11 İyul 2026 22:27
827
Avropa çempionatı: Fərhad Süleymanlı bürünc medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, sərbəst güləşçimiz Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək U20 Avropa çempionatında bürünc medal qazanıb.

21:42

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevə 🇫🇷 tam üstünlüklə (10:0) qalib gələrək U20 Avropa çempionu olub.

Digər güləşçilərimizdən Muhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya tam üstünlüklə (11:0) qalib gələrək U20 Avropa çempionatında bürünc medal qazanıb.

Bəşir Verdiyev (65 kq) macarıstanlı Mozes Lasloya tam üstünlüklə (12:1) qalib gələrək U20 Avropa çempionatında bürünc medal qazanıb.

Məhəmməd Abbaszadə (86 kq) yarımfinalda ermənistanlı Razmik Yepremyana sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Hüseyn Məmmədtağızadə (92 kq) yarımfinalda rusiyalı Artur Toqoyevə (0:10) hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Elcan Ismayılzadə (79 kq) ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən "tuş"la məğlub olub.

20:10

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Yusif Dursunov (125 kq) yarımfinalda ermənistanlı Henrik Haykyanı 6:1 hesabı ilə məğlub edərək finala çıxıb.

19:55

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Camal Abbasov (61 kq) yarımfinalda italiyalı Paskuale Liutsi ilə qarşılaşıb.

Həmyerlimiz rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək U20 Avropa çempionatının finalına yüksəlib.

74 kq-da çıxış edən Nurlan Ağazadə yarımfinalda türkiyəli Umut Uslu ilə üz-üzə gəlib. Ağazadə rəqibini 10:1 qalib gələrək adını finala yazdırıb.

İdman.Biz