Avropa çempionatı: Fərhad Süleymanlı bürünc medal uğrunda güləşəcək - YENİLƏNİB

10 İyul 2026 20:46
87
Avropa çempionatı: Fərhad Süleymanlı bürünc medal uğrunda güləşəcək

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Fərhad Süleymanlı (97 kq) yarımfinalda fransalı Asxab Dadayevə 2:4 hesabıyla məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.

20:00

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, sərbəst güləşçimiz Hacı Kərimov (70 kq) yarımfinalda rusiyalı Ramazan Abdulkadırovla qarşılaşıb.

Həmyerlimiz qarşılaşmada 7:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Hacı Kərimov U20 Avropa çempionatının finalına yüksəlib.

İdman.Biz