Lənkəranda şəhid övladları üçün Taleh Məmmədovdan ustad dərsi - FOTO

9 İyul 2026 15:10
87
Lənkəranda şəhid övladları üçün Taleh Məmmədovdan ustad dərsi - FOTO

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən beşinci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, 10-13 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftə çərçivəsində təşkil olunan ustad dərsində müxtəlif bacarıqlar əldə edilib. Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan növbəti ustad dərsində Avropa və dünya mükafatçısı Taleh Məmmədovla görüşən uşaqlar onun həyat və idman təcrübəsi ilə tanış olublar.

Hər il həyata keçirilən layihədə bu il ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

İdman.Biz