Avropa çempionatı: Ruzanna Məmmədova tarix yazdı

10 İyul 2026 22:08
703
Avropa çempionatı: Ruzanna Məmmədova tarix yazdı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.

Məmmədova Özmezə 6:0 hesabıyla qalib gələrək U20 Avropa çempionu olub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.

Daha öncə qadın güləşçimiz Günay Qurbanova (59 kq) U20 Avropa çempionatının gümüş medalını qazanıb.

İdman.Biz