Xırdalan şəhərində tanınmış güləşçilərin məktəblilərlə görüşü keçirilib.
İdman.Biz xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 11 saylı tam orta məktəbdə yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev və qadın güləşi üzrə U15 yığma komandanın məşqçisi, U23 Avropa çempionatının mükafatçısı Solmaz Adilova məktəblilərlə görüşüblər.
Görüş zamanı idmançılar gənclərə karyeraları, əldə etdikləri nailiyyətlər və idman yolunda qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər. Onlar həmçinin güləş fəndlərini nümayiş etdirərək xalça üzərində mübarizə zamanı diqqət edilməli məqamları izah ediblər.
Qeyd edək ki, belə görüşlərin keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və sağlam həyat tərzinin təbliğidir.
