Serbiyada güləş üzrə U23 Avropa çempionatı davam edir.
57 kq-da çıxış edən sərbəst güləşçimiz Vasif Bağırov yarımfinalda gürcüstanlı Nikoloz Botçorişviliyə 6:2 hesabıyla qalib gələrək finala yüksəlib.
79 kq-da ölkəmizi təmsil edən Səbuhi Əmiraslanov gürcüstanlı Giorgi Qoqritçianiyə 4:1 hesabıyla qalib gələrək adını finala yazdırıb.
97 kq-da çıxış edən güləşçimiz Zəfər Əliyev isə yarımfinalda ukraynalı İvan Primaçenkoya 2:6 hesabıyla məğlub olaraq sabah bürünc medal uğrunda güləşəcək.
15:37
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
İdman.Biz xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçimiz Zəfər Əliyev ermənistanlı Qurqen Simonyanı 6:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Bundan əlavə ölkəmizi təmsil edən 57 kq-da Vasif Bağırov fransalı Rasul Qalburayevə “tuş”la qalib gələrək yarımfinala vəsiqə əldə edib.
65 kq çəki dərəcəsində mübarizə aparan Musa Ağayev italiyalı rəqibi Mattia Bientinesiyə tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib. Lakin o, bu mərhələdə belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabı ilə məğlub olaraq yarışı dayandırıb.
70 kq-da Ramik Heybətov polşalı Daniel Kulçinskiyə 9:4 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.
79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov belaruslu Aleksandr Viarbitski üzərində 11:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
09:57
Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
İdman.Biz xəbər verir ki, yarışın açılış günündə Azərbaycan millisinin beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
