Azərbaycanın yunan-Roma və sərbəst güləş yığmalarının üzvləri İdman Akademiyasında yerləşən, ən müasir cihazlarla təmin edilmiş İdman Tibbi Tədqiqatları Laboratoriyasında müxtəlif parametrlər üzrə testlərdən keçiblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.
Bildirilib ki, xüsusi aparatlar vasitəsilə güc və dözümlülük göstəriciləri, oksigenin əmsallığı, bədəndə fəallığın və yağlılığın faizi, balans qabiliyyəti, əzələ kütləsinin inkişafı təhlil edilib. İdman üçün vacib olan detallar ölçülüb, cihazlardan keçirdilib və hər bir idmançının orqanizminin mövcud durumu ilə bağlı məşqçilər korpusuna praktiki məlumat verilib.
Bütün bunlarla yanaşı, idmançılar psixoloji testlərdən keçiblər. Psixoloji test idmançının zəif nöqtələrini qiymətləndirir.
Qeyd edək ki, bu laborotoriyada testlərin keçirilməsi hər bir milli üzvünün orqanizmini optimal təhlil etmək, diaqnoz qoymaq və təlim-məşq toplanışlarında qeydə alınan çatışmazlıqları aradan qaldırmaq istiqamətində müvafiq addımlar atmağa imkan verir.
