Qazaxda 15 yaşadək yeniyetmələrin sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb.
İdman.Biz-in məlumatına görə, yarışın ilk günündə sərbəst güləşçilər döşək üzərinə çıxıb və altı çəki dərəcəsində finalçıları müəyyən ediblər.
Yekun cütlüklər aşağıdakı kimidir:
38 kq
Yusif Abdullayev – Oğuz Paşayev
41 kq
Cavanşir Süleymanov – Elman İsmayılov
44 kq
Məhəmməd Kərimov – Ramal Hacıyev
48 kq
Əli Baloğlanov – Tunar Sazmani
52 kq
Elgün Qurbanzadə – Adam Quliyev
57 kq
Tunar Sultanzadə – Yılmaz Səmədov
Qeyd etmək lazımdır ki, çempionatda ilk üçlükdə yer alan güləşçilər müvafiq olaraq Azərbaycan milli komandalarına daxil ediləcəklər.
