Serbiyada 23 yaşadək gənclər arasında sərbəst güləş üzrə Avropa çempionatı başa çatıb.
İdman.Biz-in məlumatına görə, Azərbaycan komandası komanda hesabında 170 xalla ikinci yeri tutub. Komanda səkkiz medal qazanıb: bir qızıl, dörd gümüş və üç bürünc.
Rusiya komandası 199 xalla birinci, Ermənistan komandası isə 116 xalla üçüncü yeri tutub.
170 xal xal U-23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.
Ali Tsokayev (92 kq) qızıl medalı Azərbaycana qazandırıb. Gümüş medalçılar arasında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) yer alıb. Bürünc medalları Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) qazanıb.
