4 güləşçimiz beynəlxalq turnirdə qızıl medal qazanıb

Xəbərlər
5 Dekabr 2023 22:48
4 güləşçimiz beynəlxalq turnirdə qızıl medal qazanıb

Bu gün yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarış ilk günündə U-15 yaş qrupunda sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib.

“Təhsil” turniri Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə turnirin açılış mərasimiz keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, tərəfdaş qurumların rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparır. Bu gün keçirilən yarışlar zamanı 5 çəkinin dördündə Azərbaycan, birində Qazaxıstan güləşçisi qələbə qazanıb.

Qeyd edək ki, 7 gün davam edəcək turnir dekabrın 11-də başa çatacaq.

38 kq

1. Mamir Ulanuli (Qazaxıstan)
2. Amin Məmmədov (Azərbaycan)
3. Əli Ağayev (Azərbaycan), Muxammad Mutiqulla (Qazaxıstan)

44 kq
1. Xəzər Səfərli (Azərbaycan)
2. Məhəmməd Həsənzadə (Azərbaycan)
3. Nihat Məmmədli (Azərbaycan), Əkbər Əsgərov (Azərbaycan)

52 kq
1. Həsən Həsənov (Azərbaycan)
2. Rəşid Nazarov (Azərbaycan)
3. Ayxan Quliyev (Azərbaycan), Məhəmməd Allahyarov (Azərbaycan)

62 kq
1. Ruslan Vəliyev (Azərbaycan)
2. İbrahim Babayev (Azərbaycan)
3. Nahid Piriyev (Azərbaycan), Nadir Asxatuli (Qazaxıstan)

75 kq
1. Nihat Süleymanov (Azərbaycan)
2. İbrahim Qədirli (Azərbaycan)
3. İbrahim Ağakişiyev (Azərbaycan)

İdman.biz