PSJ klubunun 26 yaşlı müdafiəçisi Əşrəf Hakimin jurnalistlərin xahişi ilə bütün dövrlərin ən yaxşı yığmasını tərtib edib.
İdman.biz bildirir ki, mərakeşli oyunçu heyətə özünü, Zinəddin Zidanı, Kriştiano Ronaldonu, Lionel Messini, Ronaldinyonu, Luka Modriçi, Andres İniestanı və braziliyalı keçmiş futbol əfsanəsi Ronaldo Fenomenonu daxil edib.
Lakin Hakiminin dostu Kilian Mabappenin adı siyahıya düşməyib. Jurnalistlər ondan bunun səbəbini soruşublar.
Əşrəfin cavabı maraqlı olub: “O, ehtiyat oyunçular skamyasındadır. Kilian əla oyunçudur. O, “Qızıl top”u qazananda start heyətində yer alacaq”.