Fransa çempionatında 6-cı turun bir oyunu olub.
İdman.biz xəbər verir ki, çempionatın liderlərindən “Strasburq” öz meydançasında “Marsel”i qonaq edib.
Görüşün birinci hissəsi qolsuz başa çatıb. İkinci hissədə 49-cu dəqiqədə Uattara meydan sahiblərini irəli çıxarıb – 1:0.
78-ci dəqiqədə Obameyanq cavab topunu vurub – 1:1. İkinci hissəyə əlavə edilmiş ilk dəqiqədə isə “Marsel”dən Murilyo oyunun yekun hesabını müəyyən edib – 1:2.
Bu qələbədən sonra “Marsel” 12 xalla lider mövqeyinə yüksəlib. “Strasburq”un da 12 xalı var.
“Marsel” son iki turda liderlərə qalib gəlir. Bundan əvvəlki oyunda onların “qurbanı” PSJ olmuşdu (1:0).