Kriştiano Ronaldo karyerasında 946-cı qolunu vurub - VİDEO

Xəbərlər
27 Sentyabr 2025 00:54
40
Kriştiano Ronaldo karyerasında 946-cı qolunu vurub - VİDEO

“Əl-Nəsr”ın kapitanı Kriştiano Ronaldo öz qol rekordunu yeniləməyə davam edir.

İdman.biz-in məlumatına görə, 40 yaşlı portuqaliyalı peşəkar karyerasında 946-cı qolunu Səudiyyə Ərəbistanı Premyer Liqasının 4-cü turunda “Əl-İttihad”la oyunda vurub.

Matçda hesabı 9-cu dəqiqədə Sadio Mane açıb. 35-ci Ronaldo hesabdakı fərqi iki topa çatdırıb.

Bu günə kimi forvard klub səviyyəsində 805, Portuqaliya millisində isə 141 qol vurub.

Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 12 milyon avrodur.

İdman.biz