“Cenoa” İtaliya kubokunda mərhələ adlayıb

Xəbərlər
25 Sentyabr 2025 22:57
38
“Cenoa” İtaliya kubokunda mərhələ adlayıb

İtaliya Kubokunun 1/16 finalının Genuyadakı "Stadio Luici Ferraris" stadionunda keçirilən matçında ev sahibi “Cenoa” “Empoli”ni 3:1 hesabı ilə məğlub edib.

İdman.biz-in məlumatına görə, qonaqlar erkən qola imza atıblar: Saporiti 12-ci dəqiqədə fərqlənib. Lakin "Empoli"nin sevinci qısa sürüb: Frendrup üç dəqiqə sonra hesabı bərabərləşdirib.

Fasilədən sonra təşəbbüs tamamilə genuyalılara keçib. 56-cı dəqiqədə Markandalli “Cenoa”nı hesabda önə keçirib, 83-cü dəqiqədə isə Ekhator matçda son nöqtəni qoyub.

İdman.biz

Məqalədə: