Retkliff “Mançester Yunayted”in səhmlərini alır

Xəbərlər
4 Dekabr 2023 19:12
451
Retkliff “Mançester Yunayted”in səhmlərini alır

Böyük Britaniyanın ən varlı adamlarından biri “Mançester Yunayted”in 25 faiz səhmlərinə sahib olacaq.

İdman.biz xəbər verir ki, Cim Retkliff gələn həftə Qleyzerlər ailəsi ilə müqavilə imzalayacaq.

Razılaşmanın dəyəri 1,3 milyard funt sterlinq olacaq. INEOS kompaniyasının sahibi olan Retkliff klubda əsas söz sahibi olacaq. O, “Mançester Yunayted”in əfsanəsi ser Aleks Ferqyussona bəzi məsələlərdə kömək məqsədi ilə müraciət edəcək. Yeni sahibkar komandanın idman direktoru vəzifəsinə Li Konqerton (“Atalanta”), Andrea Berta (“Atletiko”), Paolo Maldini və Rikki Massaradan birini gətirmək istəyir.

Qeyd edək ki, yayda Səudiyyə Ərəbistanı şeyxinin Mançester klubu alacağı gözlənilsə də, sonda tərəflər arasında razılıq əldə olunmamışdı.

İdman.biz