Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilib.
İdman.biz bildirir ki, lider "Bavariya" səfərfə "Hoffenhaym"la qarşılaşıb. Oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Autsayder “Haydenhaym” “Hamburq”un qonağı olub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. "Haydenhaym"ın 4 oyundan sonra 0 xalı var.
Bremendə “Verder” “Frayburq”la qarşılaşıb. Bu oyun qonaqların böyükhesablı qələbəsi ilə qurtarıb - 0:3
Daha bir oyunda qonaqlar böyük hesabla qalib gəliblər. “Maynts” səfərdə "Auqsburq"a qalib gəlib - 4:1.
Turnir cədvəlində 4-cü yerdə qərarlaşan “Köln” səfərdə “Leypsiq”lə oynayıb. Görüş "Leypsiq"in üstünlüyü ilə keçib - 3:1. Bu qələbəylə Şərqi Almaniya klubu turnir cədvəlində ikinci yerə yüksəlib.
İdman.biz