Beniteslə Mourinyo münasibətlərdə "keçmişi qurdalamırlar"

Xəbərlər
20 Sentyabr 2025 00:18
44
Beniteslə Mourinyo münasibətlərdə "keçmişi qurdalamırlar"

"Liverpul"un və "Çelsi"nin keçmiş baş məşqçisi Rafael Benites "göylər"nin sabiq çalışdırıcısı Joze Mourinyo ilə münasibətlərinin yaxşılaşıb-yaxşılaşmadığı barədə sualı cavablandırıb.

İdman.biz bildirir ki, 2010-cu ildə Mourinyo bildirmişdi ki, Benites "İnter"in çempion komandasını ona qoyub getdiyi üçün minnətdar olmalıdır. Bundan əvvəl Benites “İnter”in fiziki hazırlıqla bağlı problemləri olduğunu demişdi.

"Mourinyo ilə bağlı xəbərləri görmüsünüz? O, "Benfika"nı çalışdıracaq.

Münasibətimiz? Biz UEFA tədbirlərində bir neçə dəfə görüşmüşük və hər şey yaxşı keçdi. Biz heç vaxt keçmiş haqqında danışmamışıq”, - “The Telegraph” Benitesin sözlərini sitat gətirir.

İdman.biz