UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turu davam edir.
İdman.biz xəbər verir ki, növbəti oyun günü iki qarşılaşma ilə başlayıb.
Bu mərhələdə ilk dəfə çıxış edən Kiprin "Pafos" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. Görüşdə hesab açılmayıb.
Turnirin digər debütantı Norveçin "Budö-Qlimt" klubu isə Praqada "Slaviya" ilə rastlaşıb. "Slaviya"dan Mbocinin 23 və 74-cü dəqiqələrdə vurduğu qollara norveçlilər Danel Bassi və Sondre Brunstadın müvafiq oalaraq 78 və 90-cı dəqiqələrdə dəqiq zərbələri ilə cavab veriblər - 2:2.
Beləliklə, hər iki debütant bu yarışda ilk xallarını qazanıblar.
İdman.biz