"Benfika"nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının "Estadio da Luz" stadionunda "Qarabağ"a gözlənilməz məğlubiyyəti (2:3) şərh edib.
İdman.biz xəbər verir ki, Laji UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika" - "Qarabağ" oyununun portuqaliyalılar üçün məğlubiyyətlə bitəndən sonra yerli azarkeşlərin istefa tələbləri barədə suala cavabında deyib:
"Benfika" üçün heç vaxt problem olmayacağam. Klubun mənə çoxlu sevinc və gözəl karyera bəxş etdiyini çox yaxşı başa düşürəm. Mən heç vaxt yük olmayacağam. Əgər prezident hiss etsə ki, azarkeşlərin dəstəyinə sahib deyil və əsas günahkar mənəm, işimin oyunçulara çatmadığını və ya onların artıq mənimlə olmadığını qərara alanda və hiss edəndə ki, mən bu vəzifəyə layiq deyiləm, onda “Benfika” mənə yalnız bu günə qədər ödəniş edəcək”.
Qeyd edək ki, final fitindən sonra yerli azarkeşlər Lajinin istefasını tələb edərək ağ dəsmallarını göstəriblər.
İdman.biz