Almaniya Bundesliqasında üçüncü turun oyununda "Bavariya" "Hamburq"u qəbul edib.
İdman.biz xəbər verir ki, oyun münhenlilərin 5:0 böyükhesablı qələbəsi ilə başa çatıb.
Hesabı 3-cü dəqiqədə Serj Qnabri açıb.
9-cu dəqiqədə Aleksandar Pavloviç "Bavariya"nın ikinci qolunu vurub.
26-cı dəqiqədə Harri Keyn hesab arasındakı fərqi artırıb - 3:0.
Bundan 3 dəqiqə sonra Luis Dias dördüncü topu hamburqluların qapısından keçirib.
İkinci hissədə 62-ci dəqiqədə Harri Keyn oyunda özünün ikinci topunu vurub - 5:0. Oyun bu hesabla da biitb.
İdman.biz