Mixael Ballak Çempionlar Liqasının yeni mövsümünün əsas favoritini açıqlayıb

Xəbərlər
11 Sentyabr 2025 22:44
34
Mixael Ballak Çempionlar Liqasının yeni mövsümünün əsas favoritini açıqlayıb

Almaniya futbolunun əfsanəsi Mixael Ballak Çempionlar Liqasının yeni mövsümünün favoritləri ilə bağlı proqnozunu verib.

İdman.biz xəbər verir ki, Ballak Hansi Flikin rəhbərlik etdiyi "Barselona"nın qələbəyə əsas namizəd kimi göründüyünü bildirib.

Onun sözlərinə görə, “Bavariya”, “Real” və “Mançester Siti”də bu mövsüm kifayət qədər sabitlik yoxdur.

"Bavariya" hər kəsə qalib gələ bilər. Amma dinamikanı nəzərə alsaq, keçən mövsüm 1/4 finalda "İnter"ə uduzdular. Deməli, mənim üçün "Bavariya" mütləq favorit deyil, daha çox iddialıdır. Keçmişdəki çıxışlarını və sarsıntılarını nəzərə alaraq, "Mançester Siti"ni də əsas favorit hesab etmirəm. "Real Madrid"i də. Orada da vəziyyət "Siti"dəki kimidir.

Təbii ki, "Barselona". Komanda güclüdür, onların hadisələrin gedişatını dəyişə bilən görkəmli oyunçusu Lamin Yamal və ideal olan Hansi Flik var. Siz həmçinin Luis Enrikenin rəhbərliyi altında "PSJ"i əsas favoritlərdən biri hesab etməlisiniz”, - Ballak Sport Bild-ə deyib.

Çempionlar Liqasının qrup mərhələsində gələn həftə "Barselona" "Nyukasl", "Real" "Marsel", "Siti" "Napoli" və "Bavariya" "Çelsi" ilə qarşılaşacaq.

İdman.biz