Futbol üzrə Braziliya yığmasının italyan baş məşqçisi Karlo Ançelottinin keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.
İdman.biz bildirir ki, hər şey Kiemu Nakamura adlı yapon qadın jurnalistin baş məşqçiyə sual verməsi ilə başlayıb. Lakin onun verdiyi sual anlaşılmayıb.
Bu zaman Ançelotti ona "ingiliscə danışa bil'rsiniz", deyə müraciət edib. Jurnalist xanım isə "sualım portuqal dilində idi" deyib.
Bunun ardınca baş məşqçi jurnalisti vəziyyətdən çıxarmağa çalışıb.
"Aydındır, mənim portuqal dilim sizinki ilə eyni səviyyədədir, ona görə də bir-birimizi başa düşmürük. İngilis dilində danışa bilərsiniz. Biz heç yerə tələsmirik. narahat olmayın", - deyə italyan baş məşqçi bildirib.
İdman.biz