Moldova millisinin və "Araz-Naxçıvan" klubunun qapıçısı Kristian Avram komandaların DÇ-2026-nın Norveçə qarşı seçmə oyunundan sonra skandinavların hücumçusu Erlinq Halandla qeyri-adi dialoqundan danışıb.
İdman.biz bildirir ki, oyun norveçlilərin 11-1 hesabılı qalibiyyəti ilə bitib, Haland isə matçda penta-trik edib.
"Erlinqlə söhbətim oldu. O üzrxahlıq edərək dedi ki, "mənim günahım yoxdur". O, qol fərqini artırmaq istəyirdi. Onu başa düşürəm, mübarizəni davam etdirmək istəyirdi. Mən nə hiss edirəm? Ölmək fikrində deyiləm. Güclü olmalıyam. Bir neçə gündən sonra növbəti matçım var. Amma on bir qol çoxdur”, - Avram Moldova mətbuatına deyib.
Kristian Avram 2023-cü ildən Misli Premyer Liqasının "Araz-Naxçıvan" klubunun şərəfini qoruyur.
İdman.biz