"Atalanta"nın hücumçusu "Beşiktaş"a keçib

Xəbərlər
26 Avqust 2025 20:08
45
"Atalanta"nın hücumçusu "Beşiktaş"a keçib

"Atalanta"ya məxsus El Bilal Ture karyerasını "Beşiktaş"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, İstanbul klubu 23 yaşlı futbolçunu satınalma maddəsi ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Bu gün tibbi baxışdan keçən malili forvardla müqavilə imzalanıb. El Bilal Ture son mövsümü icarə əsasında "Ştutqart"ın formasını geyinib.

Qeyd edək ki, Ture "şvabiyalılar"ın heyətində Bundesliqada meydana çıxdığı 17 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz