Kamilo Duran “Qarabağ”da! - FOTO

Xəbərlər
26 Avqust 2025 22:20
51
Kamilo Duran “Qarabağ”da! - FOTO

"Qarabağ" daha bir futbolçunun transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, Kamilo Duran heyətə cəlb olunub.

Ağdam klubu 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Qeyd edək ki, "Qarabağ" bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.

İdman.biz